Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti seçilib.
Noy 19, 2021 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 3179 dəfə

19.11.2021-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan AMEA-nın vitse –prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələrlə gəncləri tanış edərək bildirdi ki, iclasın gündəliyinə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 5 illik hesabatı, yeni İdarə Heyətinin seçilməsi daxildir.

Sonra Şura sədri dosent Faiq Məmmədovun Gənc Alim və Mütəxəssislər Şurasının 5 illik fəaliyyətinə aid hesabat məruzəsi dinlənildi. O bildirdi ki,  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası  AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Rəyasət Heyəti tərəfindən təstiq olunmuş  fəaliyyət planına uyğun olaraq İnstitut rəhbərliyinin dəstəyi ilə 2017-2021-ci ildə bir sıra elmi-ictimai tədbirlər həyata keçirmişdir.  Faiq Məmmədov görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi. O qeyd etdi ki, işlədiyi müddət ərzində həmişə institut rəhbərliyinin gənclərə diqqət və qayğısının şahidi olub və gənclərə rəhbərlik tərəfindən böyük önəm verilib, onların hər bir problemi dərhal həll olunub, verdiyi təkliflər nəzərə alınıb.

Daha sonra akademik Dilqəm Tağıyev Şuranın fəaliyyətinin bu illər ərzində uğurlu olduğunu vurğuladı. Alim bildirdi ki, Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2 bəndinə əsasən 35 yaşınadək olan gənclərdən ibarət olmalıdır. Buna görə də, şuranın yeni tərkibi seçilməlidir. Sonra Kataliz və Qeri-üzvi Kimya İnstitutunun GAMŞ-nın İdarə Heyətinin 7 nəfərdən ibarət yeni tərkibi seçildi. Səsvermə yolu ilə İnstitutun böyük elmi işçisi Elmir Babayev sədr, elmi işçi Nigar İbrahimova isə müavin seçiliblər.

Sonda akademik Dilqəm Tağıyev gənclərə təklif və tövsiyələrini bildirdi, uğurlar arzuladı.

 

JURNALLAR
Faydalı linklər