Xəbərlər
Kompozit örtük aviasiya avadanlıqlarını korroziyadan qorumağa kömək edəcək
Noy 19, 2021 | 10:28 / Maraqlı məlumatlar
Oxunub 1527 dəfə

Maqnezium ərintiləri avtomobillər və təyyarələr üçün hissələrin yaradılması da daxil olmaqla sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Bu cür materiallar çox yüngül və kifayət qədər möhkəmdir, lakin eyni zamanda əhəmiyyətli dərəcədə çatışmazlıqlara malikdir: tez korroziyaya uğrayır və aşınır. Bu səbəbdən avadanlıqların xidmət müddəti azalır və bahalı təmir və ya çox vaxt hissələrin dəyişdirilməsi tələb olunur. Alimlər materialları, maqnezium ərintilərindən olan hissələri və gurğunu zədələnməkdən və korroziyadan qorumaq üçün örtüklər işləyib hazırladılar. Əsasən, bu örtüklər yüksək temperaturda lazım olan səthə çəkilir.. Belə təsir emal edilmiş materialda tez-tez qüsurların: məsamələr və mikro çatlaqlar yaranmasına səbəb olur. Buna görə də agressiv bir mühitə uzun müddət məruz qaldıqda, bu örtüklər maşın hissələrini korroziyadan tam qoruya bilmir.

Rus alimləri sənayedə tələb olunan və perspektivli material olan maqnezium ərintiləri üçün korroziyadan qorunma üsulu işləyib hazırladılar. Bunun üçün onların səthinə polimer tərkibli kompozit örtük çəkdilər. Bu prosedur ərintilərin korroziyaya və aşınmaya qarşı müqavimətini 27 dəfəyə qədər artırıb.

https://www.nanonewsnet.ru/news/2021/kompozitsionnoe-pokrytie-pomozhet-uberech-aviatsionnuyu-tekhniku-ot-korrozii

JURNALLAR
Faydalı linklər