Xəbərlər
Mərkəzi Elmi Kitabxana oxucularına bir sıra yeniliklər təqdim edir
Noy 17, 2021 | 14:00 /
Oxunub 1332 dəfə

Ölkənin nüfuzlu böyük kitabxanaları sırasında yer alan, tərkibində 2 milyona yaxın dəyərli nəşrlərin mühafizə olunduğu AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oktyabr ayının 15-dən oxucularına əyani xidmət edir.

Oxucuların kitabxana daxilində rahatlığı üçün bütün şərait yaradılıb, hər mərtəbədə karantin qaydalarına uyğun xüsusi oxu zalları təşkil olunub.

MEK-də ilk dəfə olaraq, AMEA-nın əməkdaşları, magistrantları, dissertant və doktorantları, Qarabağ və Vətən müharibəsi qaziləri, habelə şəhid ailələri və veteranların ailələri, eləcə də yaşı 75-dən yuxarı olan şəxslər üçün oxu zallarından, kitab və kitabxana fondlarına məxsus sənədlərdən istifadə ödənişsiz əsaslarla həyata keçirilir.

Kitabxanaya giriş COVID-19-a qarşı peyvənd və yaxud immunitet sertifikatı ilə mümkündür.

Ünvan: Bakı şəhəri, AZ 1143, Yasamal ray., Hüseyn Cavid prospekti 129 (Akademiya şəhərciyi)

E-mail: pr.mek.az@gmail.com

Tel.: (+994 12) 539 73 65

Sayt: www.mek.az

JURNALLAR
Faydalı linklər