Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Noy 11, 2021 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 3537 dəfə

11.11.2021-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun doktorantı Mənsimova Şəbnəm Hamlet qızının “Ag2X-PbX-Sb2X3 (X-Se,Te) kvaziüçlü sistemlərində faza tarazlıqları və aralıq fazaların xassələri” mövzusunda 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işininin müzakirəsi olmuşdur. Doktorantın elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Məhəmməd Baba oğlu Babanlıdır.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d., dos. Dilbər Əjdərova və k.ü.f.d., dos. Faiq Məmmədovun çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər