Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir.
Noy 10, 2021 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 1909 dəfə

10 noyabr 2021-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının nəzdində 2316.01-“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə Elmi Seminarın iclasında ADSU-nın “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının sabiq doktorantı Səlimə Hüseyin qızı Məmmədovanın 2316.01-“Kimyəvi kinetika və kataliz ” ixtisası üzrə “Tərkibində mis olan binar oksid katalizatorlar üzərində etanolun dehidrogenləşdirilməsi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasıya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermənin nəticəsi və rəyçilərın müsbət rəylərinə əsaslanaq, elmi seminar dissertasıya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər