Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər
Noy 05, 2021 | 17:17 / Mühüm hadisələr
Oxunub 3212 dəfə

05 noyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ərazi Təşkilatının və İnstitutun Gənc Alimlər şurasının üzvləri, partiya fəalları  Zəfər günü ərəfəsində İkinci Qarabağ müharibəsində şəhid olmuş Bəhmənli Manaf Bəhmən oğlunun məzarını ziyarət edib və yaxınları ilə görüşüblər. Manaf Bəhmənli Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı olaraq Vətən müharibəsi başlayan kimi hərbi xidmətə yollanmış,  müharibənin ilk günlərində igid və qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmışdır!

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Bəhmənli Manaf Bəhmən oğlu "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Daha sonra 2-ci fəxri xiyabanda dəfn olunan şəhidlərimizin məzarları da ziyarət olunub və ruhlarına dualar oxunub.

44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən, xalqın tapdanan qürurunu geri qaytaran şəhidlərimiz və qazilərimiz bizim qürur mənbəyimizdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

JURNALLAR
Faydalı linklər