Xəbərlər
Foto
Kataliz və Qeyri üzvi Kimya İnstitutunun Elmi Şuranın iclasında Zəfər günü qeyd olunub
Noy 04, 2021 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 2985 dəfə

AMEA-nın Kataliz və Qeyri üzvi Kimya İnstitutunun Elmi Şurasında Zəfər günü qeyd olunub.Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə Qələbə Günü kimi yazıldı. Həmin gün, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri və mədəniyyət mərkəzi hesab edilən, həm hərbi-strateji baxımdan, həm də mənəvi cəhətdən əhəmiyyətli olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşa 28 ildən sonra mənfur düşmən işğalından qurtuldu. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan qədim Şuşamızın gözü iyirmi səkkiz il idi yollarda qalmışdı. O, həsrətlə doğmalarına qovuşacağı, yağı düşmənin caynağından qurtulacağı anı gözləyirdi və bu baş tutdu. Ordumuz Şuşanı azad etməklə təkcə hərbi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da düşmənə ağır zərbə vurdu. Şuşanın azad edilməsi erməni xalqının və ordusunun böyük ruh düşgünlüyünə və xaosuna səbəb oldu. Çünki alınmaz qala hesab olunan Şuşanın ordumuz tərəfindən qısa müddət ərzində düşmən tapdağından azad edilməsi düşmən ordusunun özgüvənini də məhv etdi.

Akademik bildirdi ki, iki gün sonra 10 noyabr tarixində Ali Baş Komandan Vətən müharibəsində qələbə qazandığımızı, düşməniin məğlubiyyətə uğradığını bəyan etdi. Milli yaddaşımızda qızıl hərflərlə həkk olunacaq 10 noyabr xalqımızın qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Bu möhtəşəm qələbə 30 illik Qarabağ həsrətinə son qoydu və düşmən işğalında olan tarixi torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasını təmin etdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalq-ordu-prezident birliyi, xalqın etimadı, dəmir yumriq kimi birləşməsi, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqləri dəf edərək, həmin dövrdə bütün məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəldi. Azərbaycan həm döyüş, həm də diplomatiya meydanında qalib gəldi. Azərbaycan əsgərinin döyüş meydanında qazandığı zəfər diplomatiya meydanında bizə üstünlük verdi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. 44 günlük Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Ali Baş Komandan İlham Əliyev Azərbaycana qarşı irəli sürülən bütün yalan və qərəzli informasiyaları ifşa etdi. Dövlət başçımız öz qətiyyətli siyasəti informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Azərbaycan bütün dünyaya xalqın sonsuz Vətən sevgisini və məhəbbətini göstərdi! Azərbaycan ürəyi işğal altında olan torpaqların azad edilməsi arzusu ilə yanan gənclərin rəşadətini, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. İşğal altındakı torpaqların azad

edilməsi naminə canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmək bu gənclər üçün amala, məqsədə çevrildi. Xalqımız bu igid övladlarının qəhrəmanlığını heç vaxt unutmayacaq və onların adı Azərbaycanda həmişə ən yüksək səviyyədə yad ediləcək.

Sonra professorlar İxtiyar Bəxtiyarlı və Asif Məmmədov ölkə başçısının Ağdam üzrə səlahiyyətli nümayəndəsinin dəvəti ilə Ağdam şəhərinə səfərlərinin təssüratlarından, 44 günlük Vətən müharibəsindən və Ali Baş Komandanın həmin dövrdə bəzi xarici dairələrin təzyiqlərinə baxmayaraq atdığı cəsarətli addımlardan, ordumuzun rəşadətindən danışdılar.

Daha sonra professor Arif Əfəndi, dosentlər Elza Salahova və Vaqif Qasımov 44 günlük müharibədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan, ölkə başçısının rəhbərliyi altında Qarabağda aparılan bərpa və quruculuq işlərindən danışdılar.

 

JURNALLAR
Faydalı linklər