Xəbərlər
Foto
M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İntsitutunun, Diasporalarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə "Alternativ yanacaqların istilik-fiziki xassələri" mövzusunda vebinar keçirilib.
Okt 30, 2021 | 09:00 / Konfranslar, iclaslar
Oxunub 2769 dəfə

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İntsitutunun, Diasporalarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə "Alternativ yanacaqların istilik-fiziki xassələri" mövzusunda vebinar keçirilib. 

Tədbirdə İnstitutumuzun, Komitənin, Təhsil Nazirliyinin, Almaniya Azərbaycanlıları Alyansının və Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dəstəyi ilə Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm-təhsil müəssisələrinin müəllimləri, tədqiqatçıları və tələbələri iştirak edib.

İnstitutumuzun böyük elmi işçisi, k.ü.f.d Elmir Babayevin moderatorluğu ilə aparılan vebinar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin anılması ilə başlayıb. Tədbirin 8 noyabr - Zəfər Günü ərəfəsinə təsadüf etdiyini xatırladan moderator Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı böyük Qələbənin birinci ildönümü münasibətilə xalqımızı və vebinar iştirakçılarını təbrik edib.

Sonra Almaniyanın Rostok Universitetinin əməkdaşı, Dr. Cavid Səfərov "Alternativ yanacaqların istilik-fiziki xassələri" mövzusunda təqdimatla çıxış edib. Alim alternativ yanacaqlarla yanaşı, ionlu mayelərin, alifatik spirtlərin, dəniz, geotermal və çay sularının istilik-fiziki xassələrinin araşdırılması istiqamətində apardığı tədqiqatlardan və onların nəticələrindən danışıb. Eyni zamanda həmyerlimiz birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb, sualları cavablandırıb.

Sonda tədbir iştirakçılarına növbəti vebinarın məlumatları çatdırılıb. 

 

JURNALLAR
Faydalı linklər