Xəbərlər
Gələcək kosmonavtlar Ay suxurlarından su və oksigen çıxara biləcəklər
Okt 29, 2021 | 10:39 / Maraqlı məlumatlar
Oxunub 1445 dəfə

İnsan həyatı üçün vacib olan iki şey var: su və oksigen - ancaq Ayda onlar  yoxdur. Lakin  yeni texnika  sayəsində kosmonavtlar  bu elementləri Ay suxurlarından çıxara biləcəklər.

Laboratoriya şəraitində tədqiqatçılar süni Ay  suxurunu sobada - hidrogen və metanın iştirakı ilə - təxminən 1000 ºC temperatura  qədər qızdırmağa başladılar. Bu,  suxurun buxarlanmasına gətirib çıxardı, nəticədə oksigen tərkibli minerallar ərimə  fazasını keçmədən   bərk  haldan birbaşa qaz halına keçir. Bu qazlar və qalıq metan daha sonra katalitik  neytrallaşdırıcıya  və kondensatora göndərilir . Kondensator isə  maye suyu qarışıqdan ayırır. Bu su daha sonra istehlak edilə  bilər (işlədilə  bilər) və ya elektroliz vasitəsi ilə  oksigen çıxarıla bilər.

Yerdə qalan hidrogen və metanı  sistemdə  utilizasiya etmək (istifadə etmək) olar. Ay koloniyalarında başqa məqsədlər üçün təkrar emal edilə bilən silisium oksid  və metallarla zəngin olan bərk  bir yan məhsul da var. Bu proses olduqca mürəkkəb görünsə də,  öz-özünə edilə bilər. 

Milan Politexnik Universitetindən professor Mişel Lavanya  deyir: "Təcrübələrimiz göstərir ki, qurgu  geniş həcmdədir və insan müdaxiləsinə ehtiyac olmadan və tıxanmadan tam avtonom qapalı çevrədə  işləyə bilər".

https://www.nanonewsnet.ru/news/2021/budushchie-kosmonavty-smogut-dobyvat-vodu-kislorod-iz-lunnogo-grunta

JURNALLAR
Faydalı linklər