Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun YAP Ərazi partiya təşkilatının İclası keçirilmişdir.
Okt 27, 2021 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 2668 dəfə

Oktyabrın 27-də Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Kataliz və Qeyri-üzvi Kimya İnstitutun Ərazi partiya təşkilatının iclası keçirilmişdir. İclasda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, Yeni Azərbaycan Partiyasinin Yasamal rayon təşkilatinin sədri Bəxtiyar Nəbiyev, AMEA YAP ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduza Qurbanova, YAP Kataliz və Qeyri-üzvi Kimya İnstitutun Ərazi partiya təşkilatının sədri Məhiyəddin Hacıyev, YAP üzvləri və fəalları iştirak etmişlər.

Dövlət himni səsləndikdən sonra Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən dövrdə ümumxalq birliyinin formalaşmasında bir siyasi qüvvə mühüm rol oynayıb. Təşkilat sədrinin sözlərinə görə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 işğal işğal altında olan torpaqları azad etdikdən sonra yeni reallıqlar yaranıb və Yeni Azərbaycan Partiyası da bu reallıqlardan çıxış edərək, qarşımızda duran yeni vəzifələrin yerinə yetirilməsi naminə öz yolunu davam etdirir.

Sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutun Ərazi partiya təşkilatının sədri Məhiyəddin Hacıyevin Partiyanın VI qurultaydan sonrakı dövr ərzində fəaliyyəti barədə hesabatı dinlənilib.

Hesabat məruzəsi dinlənildikdən sonra çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial, siyasi-iqtisadi, daxili və xarici siyasətdə, ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışaraq bildirdi ki, qeyd olunanlar, ölkəmizi qüdrətli dövlətə çevirdi. Bu uğurlar 2020-ci ildə tarixi Zəfərimizə yol açdı və 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbəmiz Azərbaycanın adını qalib ölkə, ordumuzu ən güclü ordu, xalqımızı məğrur xalq kimi tarixə qızıl hərflərlə yazdı. Sonra alim hesabatın qənaətbəxş olduğunu bildirdi.

Daha sonra AMEA YAP ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduza Qurbanova prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağda aparılan geniş quruculuq işlərindən danışdı və hesabata daiir fikrinin müsbət olduğunu bildirdi.

Müzakirələrdən sonra hesabatın qəbul olunması barədə qərar qəbul edildi.

Daha sonra Kataliz və Qeyri-üzvi Kimya İnstitutun Ərazi partiya təşkilatına sədr və müavin vəzifələrinə səsvermə keçirildi. Səsvermənin nəticələrinə görə Məhiyəddin Hacıyev təşkilatın sədri, Afət Cavanşirova isə sədrin müavini vəzifələrinə seçildilər.

JURNALLAR
Faydalı linklər