Xəbərlər
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub
Okt 26, 2021 | 15:39 / Mühüm hadisələr
Oxunub 1676 dəfə

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

JURNALLAR
Faydalı linklər