Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Okt 26, 2021 | 15:02 / Nəşrlər
Oxunub 1631 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin “Dixlormetanın tetraxloretilenin nəcib metal katalizatorlar üzərində katalitik oksidləşməsi” adlı məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan “Journal of Chemistry and Technologies” jurnalda dərc olunub.

Təqdim olunan işdə, ümumi olaraq tərkibində γ-Al2O3 olan 6 müxtəlif metal dixlormetanın və perxloretilenin oksidləşməsi prosesində öyrənilmişdir. Təcrübələr üçün aktiv maddə qismində ayrı-ayrı olaraq Pt, Pd-dan və 2 müxtəlif daşıyıcılardan (Al2O3, Al2O3-TiO2) istifadə olunmuşdur. Katalizatorların xarakteristikaları fiziki adsorbsiya və hemosorbsiya vasitəsi ilə Thermo Scientific Surfer porozimetr vasitəsi ilə təyin edilmişdir. Qaz analizi Agilent 7820А (Gas Chromatograph) qaz xromotoqrafı vasitəsi ilə aparılmışdır. Katalizatorların aktivliyinin təyin edilməsi üçün laboratoriyada aparılmış təcrübələr, atmosfer təzyiqində, şaquli vəziyyətdə yerləşdirilmiş boruvari kvars reaktorda yerinə yetirilmişdir. Təcrübələrin başlanmasından əvvəl, suyun verilməsi prosesi optimallaşdırılmlşdır. Tədqiq olunan katalizatorlar arasında Pt/Al2O3 katalizatorunun dixlormetanın oksidləşdirilməsində yüksək aktivlik göstərdiyi müəyyən edilmişdir. Dixlormetanın oksidləşməsindən fərqli olaraq, demək olar ki, bütün katalizatorlar Al2O3-TiO2 daşıyıcısı üzərində HCl-a görə daha yüksək aktivlik göstərmişlər.

Qeyd edək ki, uzun illər boyu atmosferə atılan qazları zərərsizləşdirmək üçün termiki yandırılma əsas effektiv üsul hesab olunurdu. Lakin zərrərli maddələrin bu üsulla tam parçalanması yüksək temperatur (800–1000°С) tələb edir, xlorun iştirakı isə qismən yanma nəticəsində əmələ gələn böyük həcmdə yüksək toksikliyə malik olan məhsulların alınmasına səbəb olur (fosgen, dibenzofuran və s.). Katalitik oksidləşmə qaz fazada yandırılmadan fərqli olaraq aşağı aktivləşmə enerjisinə malik olan fərqli reaksiyaların aparılmasına yol açır. Bu üsul enerjidən istifadə miqdarının və NOx alınmasının azalmasını təmin edir. Nəcib metallar, oksidlərlə müqayisədə tam oksidləşməni təmin edirlər. Nəticədə, həm atmosferə atılan uçucu üzvi maddələrin qarşısı alınır, həm də oksidləşmə nəticəsində alınan maddələr müxtəlif sahələrdə tətbiq perspektivinə malikdirlər. Bu baxımdan məqalədə alınan nəticələr böyük praktiki əhəmiyyətə malikdir.

Irada G. Malikova, Arif J. Efendi, Elmir M. Babayev, Aytadj M. Salakhli, Konul Sh. Musazadeh, Asmet N. Azizova, Guseyn M. Faradjev. Catalytic oxidation of dichloromethane and tetrachlorethylene over noble metal catalysts. Journal of Chemistry and Technologies, 2021, 29(1), 108-116. DOİ: https://doi.org/10.15421/082110

JURNALLAR
Faydalı linklər