Xəbərlər
2021-ci il Kimya üzrə Nobel Mükafatı asimmetrik orqanik kataliz üzrə verilib
Okt 22, 2021 | 14:37 / Maraqlı məlumatlar
Oxunub 1555 dəfə

6 oktyabrda Stokholmda kimya üzrə Nobel mükafatı laureatları elan edildi. Nobel Komitəsinin qərarı ilə asimmetrik orqanokatalizin inkişafı üzrə mükafatı yubiley ilində Benjamin List və Devid Makmillan alacaqlar. Mükafat alanlar iki 90 yaşlı fizika üzrə laureatlar ilə müqayisədə gəncdirlər. Clarivate Analytics  sərbəst radikallar kimyası, hesablama kimyası və atom köçürməsi (transfer) ilə polimerizasiya reaksiyası üzrə kimya sahəsində olan mükafatı əvvəldən xəbər vermişdi. Əksər hallarda olduğu kimi bu ildə kimya üzrə proqnozlar özünü doğrultmadı.

2021-ci ildə Nobel mükafatının 120 illiyi qeyd olunur. Jacob Hendrik Van't Hoff kimya sahəsində ilk Nobel mukafatı laureatıdır.

JURNALLAR
Faydalı linklər