Xəbərlər
Bir il COVID-19-dan qoruyan “Anticism Kokteyli”
Okt 22, 2021 | 11:14 / Maraqlı məlumatlar
Oxunub 1461 dəfə

Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərdən biri “AstraZeneca” COVID-19 qarşı “AZD7442” adlı “Anticism Kokteyli” hazırlayıb.

Sözügedən dərmanın ağır xəstəliklərə və ölümə qarşı təsirli olduğu vurğulanır.

Test mərhələsində olan “AZD7442” əzələyə ineksiya edilir. O, COVID-19-dan 12 aya qədər qoruma qabiliyyətinə malikdir.

Şirkətdən verilən açıqlamada qeyd edilir ki, xəstəxanaya yerləşdirilmədən yeddi gün və ya daha az müddət sonra simptomlar göstərən xəstələrdə dərman ağır xəstəlik və ölüm riskini 50 faiz azaldır.

Daha əvvəl testin 3-cü mərhələsində olan “Molnupiravir” adlı həb şəklində dərmanın ağır koronavirus xəstələrinin xəstəxanaya yerləşdirmə və ölüm riskini demək olar ki, aradan qaldırdığı bildirilib.

JURNALLAR
Faydalı linklər