Xəbərlər
Foto
Azərbaycan Prezidenti İlham Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının açılışında iştirak edib
İyn 01, 2016 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 8218 dəfə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının, həmçinin VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.

Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisi Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti - SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 240 şirkət iştirak edir. Bütövlükdə sərginin ekspozisiya sahəsinin 63,7 faizini xarici iştirakçılar tutur. VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiridir.

Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransında çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu VUD dedi:

-Zati-aliləri cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Mənim üçün böyük şərəfdir ki, bu vacib tədbirin təşkilatçılarından olan “ITE Group” şirkəti adından hər birinizə, xüsusən də Azərbaycan Hökumətinə, Dövlət Neft Şirkətinə bu sərginin keçirilməsinə verdikləri dəstəyə görə minnətdarlığımı bildirim. Builki sərgi də keçən illərdə olduğu kimi, çox əhəmiyyətlidir. Çünki ötən illərdə, xüsusən də son illərdə dünya iqtisadiyyatında, o cümlədən neft, qaz, energetika sahələrində böyük dəyişikliklər baş verib. Düşünürəm ki, biz bu tədbirin yaratdığı imkandan istifadə edərək, birgə fikir mübadiləsi, səmərəli müzakirələr aparmalıyıq.

Bizim sərgi tezliklə Azərbaycanda təşkil ediləcək çox möhtəşəm idman tədbiri ərəfəsində açılıb. Biz bu ayın ortalarında Bakıda Formula-1 Avropa Qran-prisini izləyəcəyik. Sərgi və konfransın bu yarışlar ərəfəsində keçirilməsi çox sevindiricidir.

İndi isə mən çıxış üçün sözü Azərbaycan Prezidenti cənab İlham Əliyevə verirəm.

Dövlətimizin başçısı açılış mərasimində nitq söylədi.

JURNALLAR
Faydalı linklər