Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və “Baku Steel Company”nin əməkdaşlarının birgə apardıqları elmi-tədqiqat işi nəticəsində funksional xassəli çuqun alınmışdır.
Okt 15, 2021 | 17:34 / Mühüm hadisələr
Oxunub 1809 dəfə

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və “Baku Steel Company”nin əməkdaşlarının birgə apardıqları elmi-tədqiqat işi nəticəsində şirkətin yayma istehsalatında istifadə olunan valların işçi hissəsi üçün innovativ metallurgiya texnologiyası əsasında daxili resurslar hesabına funksional xassəli çuqun alınmışdır. Alınmış  çuqunun burulmaga, yeyilməyə və istismar zamanı sınmaga qarşı dözümlülüyü yüksəkdir. Həmin çuqunun iştirakı ilə işlənmiş bimetallik valların yayma prosesində tətbiqi  hazırda müəssisəyə böyük iqtisadi səmərə verir.

Qeyd etmək lazımdır ki, qeyd olunan valların xaricdən  idxalı bir tərəfdən xeyli valyutanın ölkədən kənara çıxmasına səbəb olur, diğər tərəfdən isə valların işçi səthi yeyildikdə məhsulun səthində müxtəlif qüsurlar baş verir ki, bu da istehsal olunan son məhsulun keyfiyyətinin və  əmtəə görünüşünün aşağı düşməsinə səbəb olur. Alınmış çüqundan hazırlanmış vallarda bu qüsurlar aradan qaldırılmışdır.

 

JURNALLAR
Faydalı linklər