Xəbərlər
Foto
KQKİ-də "Qeyri üzvi kimya" ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Okt 15, 2021 | 16:56 / Konfranslar, iclaslar
Oxunub 2698 dəfə

15.09.2021-ci il tarixində AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun doktorantı Yusifova Nailə Vaqif qızının 2303.01 “Qeyri-üzvi kimya” ixtisası üzrə “Daşkəsən yatağının kobalt tərkibli filizindən kobaltın çıxarılması” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işininin təqdimatı olmuşdur. Doktorantın elmi rəhbəri k.e.d., prof. Arif Heydərovdur.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.n. Əli İbrahimovun və k.ü.e.d., Əli Zalovun çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər