Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir.
Okt 13, 2021 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 2508 dəfə

Oktyabrın 13-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurasi nəzdində Kimya Elmləri üzrə Problem Şurasinin növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. İclasda 2314.01 Neft kimyası, 3303.01-Kimya texnologiyası və mühəndisliyi, 2303.01-Qeyri-üzvi kimya, 2391.01-Ekoloji kimya, 2306.01-Üzvi kimya və 3321.01-Neft-qaz, daşkömür emalı və texnologiyası ixtisasları üzrə 11 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda bir neçə dissertasiya mövzusunun adlarının dəyişdirilməsi və korrektə olunması tövsiyə edildi.

JURNALLAR
Faydalı linklər