Xəbərlər
Asfalt-qrafenli yol örtüyü İngiltərədə sınaqdan keçiriləcək
Okt 12, 2021 | 11:14 / Maraqlı məlumatlar
Oxunub 112 dəfə

Böyük Britaniyada, dünyada ilk dəfə olaraq yol örtüyündə  qrafenin istifadəsi ilə bağlı bir sınaq keçirildi. Bu material asfaltı istidə yumşalmaqdan və soyuqda çatlamadan qorumalıdır. Testin əsas məqsədi yol örtüyündə davamlılıq əldə etmək və istismar xərclərini azaltmaqdır.

İki italyan şirkəti ilk olaraq asfalta qrafen əlavə etməyi təklif etdilər. Onlar bu fikri 2017 -ci ildə səsləndirdilər. Tədqiqatçılar daha sonra qrafen qatılmış asfalt materialı hazırladılar və bu məhsulu “Gipave” adlandırdılar. Materialın tərkibində plastik qranullar da var.

Məhz “Gipave” İngiltərədəki A1 təcrübə sahəsində istifadə olunur. Mançester Universitetinin tədqiqatçıları da materialın real həyatda sınaqdan keçirilməsində iştirak etdilər. Qeyd edək ki,  2004 -cü ildə dünyada ilk olaraq qrafen alan bu universitetin rus köklü alimləri - Andrey Geim və Konstantin Novoselov olub.

https://www.nanonewsnet.ru/news/2021/v-velikobritanii-ispytayut-asfaltovo-grafenovoe-dorozhnoe-pokrytie

JURNALLAR
Faydalı linklər