Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2022-ci il üçün aparılacaq elmi tədqiqat işlərinin planlarının müzakirəsi keçirilib.
Okt 08, 2021 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 405 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev 2022-ci ildə aparılacaq elmi  tədqiqat işlərinin planlarının müzakirəsi üçün laboratoriya müdirlərindən k.e.d. Mina Munşiyeva, k.e.d. Elza Salahova, k.e.d. Zenfira Ağayeva, k.e.d. Fəxrəddin Mahmudov, k.ü.f.d. Aydın Paşacanov və k.ü.f.d. Fidail Cəlaləddinovla görüş keçirib.

Görüşdə Dilqəm Tağıyev bu laboratoriyalarda aparilan elmi tədqiqat işlərinin daha perspektivli, Respublikamıza mənfəət gətirən və təlabat olan sahələrə yönəldilməsinin vacibliyini vurğulayıb. Akademik qeyd etdiki, bu cür işlərin aparılması daha cox qrantların alinmasina getirib çixarar ki, bu da institutumuzun maddi texniki bazasinin güclənməsinə səbəb olar.

Sonda laboratoriya müdirləri məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndirmiş, fikir mübadiləsi aparmışlar.

JURNALLAR
Faydalı linklər