Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun növbəti iclası keçirilib.
Okt 05, 2021 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 2738 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev Qeyri –üzvi funksional materiallar şöbəsinin laboratoriya müdirləri ilə növbəti iclas keçirib.

İclas perspektivi olan işlərin müzakirəsinə həsr olundu.

Dilqəm Tağıyev institutun strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, perspektiv layihələrin reallaşdırılması üzrə yalnız məqsədyönlü işlərin aparılmasının vacibliyini diqqətə çatdırdı. Bu cür elmi tədqiqt işlərinin aparılması nəticəsində alınan müsbət dəyişikliklər gələcəkdə bu müəssisənin struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsinə gətirib çıxaracaq.

Elmi-tədqiqatların yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün, ilk növbədə elmi işçilərin məsuliyyətini artırmaq lazımdır: Laboratoriya rəhbərləri əməkdaşlara tapşırılan işi vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarət etməlidir. Eyni zamanda, onların gələcəkdə müstəqil şəkildə elmi tədqiqatla məşğul ola bilməsi üçün bilik və bacarıqlarının artırılmasına diqqət yetirilməlidir.

İclasda laboratoriya müdirləri gündəlikdə duran məsələlərlə bağlı öz rəy və təkliflərini səsləndirmiş, fikir mübadiləsi aparmışlar.

JURNALLAR
Faydalı linklər