Xəbərlər
Foto
Akademik Dilqəm Tağıyev İnstitutun sabiq magistrantları ilə görüşmüşdür.
Okt 04, 2021 | 12:00 / Görüşlər
Oxunub 3389 dəfə

04.10.2021-ci il tarixində Kattaliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev İnstitutun sabiq magistrantları ilə görüş keçirmişdir. Akademik sabiq magistrantların laboratoriyalarda apardıqları elmi-tədqiqat işləri ilə tanış olduqdan sonra qeyd etdi ki, sabiq magistırlərdən 4-ü kiçik elmi işçi, 8-i isə laborant kimi institutua işə götürülmüş, onlar üçün elmi-tədqiqat işlərinin aparması üçün hər cür şərait yaradılmışdır. Qeyd olunub ki, hazırda institutumuzun gənc kadırlara, xüsusi ilə də elm və təhsilini davam etdirmək istəyən gənclərə ehtiyacı vardır. Akademik bildirib ki, təhsilini davam etdirmək istəyən gənclər üçün də hər cür şərait yaradılacaqdır. Dilqəm Tağıyev sabiq magistrlərə ingilis dilinin mükəmməl öyrənməyin vacib olduğunu bildirərək onlara təhsillərini doktoranturada davam etdirməyi, kimyanın perspektivli sahələri ilə məşğul olmağı tövsiyə etdi. Sonda, akademik qeyd etdi ki, hər zaman onları qəbul etməyə, problemlərini həll etməyə hazırdır.

JURNALLAR
Faydalı linklər