Xəbərlər
Foto
Vətən müharibəsi şəhidinin ildönümündə ailəsi və yaxınları ziyarət edilib.
Sen 28, 2021 | 16:54 / Görüşlər
Oxunub 2684 dəfə

28 sentyabır 2021-ci ildə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, və həmin partiyanın AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ərazi Təşkilatının sədri Məhyəddin Hacıyev, İnstitutun Gənc Alimlər şurasının sədri Faiq Məmmədov və partiya fəalı Vilayət Məmmədov İkinci Qarabağ müharibəsində şəhid olmuş Bəhmənli Manaf Bəhmən oğlunun ildönümündə onun ailəsini və yaxınlarını ziyarət ediblər. Bəxtiyar Nəbiyev görüş zamanı qeyd edib ki, 44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur. Azərbaycanın igid övladları İlham Əliyevin rəhbərliyi altında böyük sücaət göstərərək Qarabağı işgaldan azad etdi və xalqının tapdanan qürurunu geri qaytardı.

AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutun əməkdaşı olaraq hərbi xidmətə yollanan Manaf Bəhmənli müharibənin ilk günlərində igid və qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmışdır!

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Bəhmənli Manaf Bəhmən oğlu "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

JURNALLAR
Faydalı linklər