Xəbərlər
COVID-19-un tək bir həblə MÜALİCƏSİ TAPILDI: Yaxın aylarda...
Sen 29, 2021 | 11:30 / Maraqlı məlumatlar
Oxunub 1754 dəfə

Şimali Karolina Universitetinin virusoloqu Timoti Şien və komandası COVID-19 diaqnozu qoyulduqdan dərhal sonra virusla mübarizə apara və simptomların inkişafının qarşısını ala biləcək qısa müddətli gündəlik həb kursu üzərində çalışdıqlarını açıqlayıblar.

Universitetin elm adamları antiviral dərmanların koronavirusun qarşısını aldığını qeyd ediblər.

Virusun qarşısını ala biləcək antiviral müalicənin test mərhələsində olduğunu ifadə edən Şeahan, "Oral antiviral dərmanlar nəinki insanın xəstəlik müddətini qısaldır, həm də xəstə olsanız evinizdəki digər insanlara ötürülməsini də məhdudlaşdırır", deyə qeyd edib. 

Antiviral inkişafa nəzarət edən Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun QİÇS Şöbəsinin müdiri Karl Dieffenbach ən azı üç perspektivli antiviralın klinik sınaqdan keçirildiyini və nəticələrin payızın sonu və ya qışda açıqlanacağını bildirib.

İndiyə qədər yalnız "Remdesivir" adlı antiviral COVID-19-un müalicəsi üçün təsdiq edilib. Şeahan bu preparat üzərində də preklinik tədqiqatlar aparır. Nəticələr müsbət olarsa və hər hansı bir məhsul üçün dərhal istifadəyə icazə verilərsə, dərmanın sürətlə paylanacağı qeyd olunub.

JURNALLAR
Faydalı linklər