Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Sen 23, 2021 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2627 dəfə

23.09.2021-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı Məmmədov Vilayət Sabir oğlunun 2303.01 “Qeyri-üzvi kimya” ixtisası üzrə «Lantanoidlərin qarışıq kationlu oksisulfidləri əsasında lüminessent fazaların alınması, onların fiziki-kimyəvi və termodinamiki xassələri» mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işininin təqdimatı olmuşdur. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra dissertanta iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər