Xəbərlər
İstifadə oluna bilən qızıl əsasında katalizatorlar
Sen 23, 2021 | 12:43 / Maraqlı məlumatlar
Oxunub 1589 dəfə

Rusiya Elmlər Akademiyası Üzvi Kimya İnstitutunun alimləri, çox az  konsentrasiyalarda  qeyri-nəcib  metallar və qızıl əsasında seçmə oksidləşmə prosesləri üçün katalitik sistemlər hazırlamışlar. Bu gün qızıl üzərində  katalizdən  istifadə edərək kimyəvi reaksiyaların sürətlənməsi müasir kimya elminin ayrı bir sahəsidir. Qızıl bu  məqsəd  üçün idealdır, lakin istehsalçılar üçün bu  çox bahadır.

Rusiya Elmlər Akademiyası Üzvi Kimya İnstitutunun Çoxfunksiyalı Katalizatorların işlənməsi  və Araşdırılması Laboratoriyasının kollektivi   tərəfindən yaradılan katalitik sistem TiO2 və CeO2 üzərinə çəkilmiş  çox az   konsentrasiyalarda    qızıl ilə doplanmış dəmir və mis oksidlərinin nanohissəciklərinə əsaslanır. Alınan sistemlərin yüksək oksidləşdirici aktivliyi qızıl və qeyri-nəcib  metal oksidi arasındakı qarşılıqlı əlaqənin sinergetik effekti  ilə əlaqədardır.

Tədqiqatların nəticələri Catalysis Science Technology elmi jurnalında  dərc edilmişdir.

https://www.nanonewsnet.ru/news/2021/dostupnye-katalizatory-na-osnove-zolota

JURNALLAR
Faydalı linklər