Xəbərlər
“Chemical Problems” jurnalı “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib.
Sen 22, 2021 | 12:53 / Nəşrlər
Oxunub 1967 dəfə

“Chemical Problems” jurnalı “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib.

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və professor Akif Əliyevin həmtəsisçi olduqları “Chemical Problems” jurnalı 2021-ci ilin sentyabr ayından “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilmişdir.

Jurnal 2003-cü ildən nəşr olunur və indiyə qədər jurnalda 2000-dən artıq elmi məqalə dərc olunmuşdur.

“Chemical Problems” jurnalı 2009-cu ildən Chemical Abstract elmi informasiya bazasında referatlaşdırılır. Qeyd etmək lazımdır ki, jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr Web of Science bazasında indeksləşib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

“Chemical Problems” jurnalı 2015-ci ildən “РИНЦ” və RSCI Rusiya indeksləşmə bazalarının nüvəsinə daxildir. Qeyd etmək lazımdır ki, RSCI – eLibrary və Web of Science platforması arasında bağlanmış müqaviləyə əsasən yaradılmışdır.

Bu münasibətlə jurnalın baş redaktoru Vaqif Fərzəliyevi, redaksiya heyətini və yaradıcı kollektivini təbrik edirik və daha böyük uğurlar arzu edirik.

JURNALLAR
Faydalı linklər