Xəbərlər
Türkiyədə Beynəlxalq simpozium
Sen 21, 2021 | 10:35 / Konfranslar, iclaslar
Oxunub 1791 dəfə

AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitututnun 3 saylı “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının əməkdaşları 14-17 Sentyabr 2021  tarixlərində Türkiyədə keçirilən “5th International Symposium on Materials for Energy Storage and Conversion” beynəlxalq simpoziumda (onlayn) iştirak etmişlər. Laboratoriyanın müdiri k.e.d., prof. Akif Əliyev simpoziumun əsas təşkilat komitəsinin üzvü seçilmişdir. Simpozium aşağıdakı mövzuları əhatə edirdi:

  • Batareyalar və superkondensatorlar
  • Yanacaq / elektrolitik hücrələr
  • Enerjinin saxlaması və çevrilməsi üçün hidridlər
  • Aktiv materialların işlənib hazırlanması

Simpoziumda institutun əməkdaşları k.e.d., prof. Akif Əliyev, k.e.d., prof. Etibar İsmayilov, böyük elmi işçi Vüsalə Məcidzadə və AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Şıxəmir Eminov müxtəlif bölmə iclaslarında iştirak etmişlər. Bundan başqa, Şıxəmir Eminovun müəllifləri Shikhamir Eminov, Akif Aliyev, Jafar Guliyev, Khuraman Jalilova, Vusala Majidzade olan “Characterization of CdS thin films electrodeposited on conductive glass for application in solar cells” adlı poster məruzə ilə çıxışı olmuşdur.

Simpozium öz işini uğurla sona yetirmiş bölmə və posterlər üzrə qaliblər seçilərək, mükafatlandırılmışdır.

Təşkilat Komitəsi 2024-cü ildə 8-ci simpoziumun Bakıda keçiriləcəyini planlaşdırır.

JURNALLAR
Faydalı linklər