Xəbərlər
Foto
AMEA Gənc Alim və Mütəxəssislər Şurası cari ilin hesabat hazırlığına başlayıb
Noy 07, 2016 | 12:21 / Konfranslar, iclaslar
Oxunub 7577 dəfə

Noyabrın 4-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) cari ilin hesabat hazırlığı məsələlərinə həsr olunan iclası keçirilib.

Tədbirdə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovinstitutlarda yerli şuralar tərəfindən hesabat hazırlanarkən elmi fəaliyyətə üstünlük verilməsinin zəruriliyini qeyd edib. Hesabatların hazırlanmasında vahid formadan istifadə olunacağını söyləyən GAMŞ sədri burada gənclərin mühüm elmi nailiyyətlərinin, dərc etdirdikləri kitab, monoqrafiya və məqalələrin, beynəlxalq və yerli qrant layihələrində, konfrans və elmi simpoziumlarda iştirakları ilə bağlı dolğun məlumatların əks olunacağını vurğulayıb.

F.Salmanov növbəti il üçün hesabatla yanaşı, Fəaliyyət Planı hazırlığına başlamağın da vacibliyini qeyd edib, verilən perspektivli təkliflərin GAMŞ-ın 2017-ci il üzrə ümumi Fəaliyyət Planına salınacağını söyləyib. O, bu ilin oktyabr ayında Gəncədə keçirilən Gənc alim və mütəxəssislərin beynəlxalq konfransının nəticələrini müsbət dəyərləndirərək, Akademiya rəhbərliyinin diqqət və qayğısı ilə ərsəyə gələn bu cür tədbirlərin gənclərin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını bildirib.

Sədr, həmçinin “Gənc tədqiqatçı” jurnalının 3-cü sayının çapa hazırlandığını diqqətə çatdırıb. Jurnalın növbəti sayında mühüm elmi nəticələri olan innovativ məqalələrin nəşrinə üstünlük veriləcəyini söyləyən natiq bu haqda institut gənclərinin məlumatlandırılmasının zəruriliyini vurğulayıb.

Gündəlikdə səsləndirilən bu və digər məslələrlə bağlı Şura üzvləri – geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, filologiya üzrə fəlsəfə doktorları – Nail Qurbanov, Cahid İsmayıloğlu, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev və digərləri öz rəylərini bildiriblər.

JURNALLAR
Faydalı linklər