Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Türkiyədə onlayn keçirilən Beynəlxalq Konqressdə iştirak etmişlər.
Sen 14, 2021 | 15:25 / Konfranslar, iclaslar
Oxunub 2163 dəfə

10-12 sentyabr 2021-ci il tarixində Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin təşkilatçılığı ilə Təbiət elmləri üzrə (ISFAS-2021) 1-ci Beynəlxalq Konqress (ICNAS-2021) keçirilmişdir. Azərbaycanlı alımlər də bu konfransa onlayın formada qoşulmuşlar. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı konfransa onlayn qoşularaq dəvət olunmuş məruzəçi qismində “Maqnetik topoloji izolyatorların kimyəvi dizaynı” mövzusu üzrə plenar məruzə ilə çıxış etmiş və sertifikata layiq görülmüşdür. Eyni zamanda institutun aparıcı elmi işçisi, dosent Faiq Məmmədova elmi təşkilat komitəsinin üzvü kimi Konqressin işinə verdiyi töhvəyə görə sertifikat verilmişdir. Qeyd edək ki, İnstitutun bir qrup əməkdaşı da konfransda müxtəlif məruzələrlə məruzələrlə çıxış etmişlər.

JURNALLAR
Faydalı linklər