Xəbərlər
“Kimya Problemləri” jurnalının “РИНЦ” və RSCI bazalarında 2020-ci il üçün impakt faktoru elan edilmişdir.
Avg 11, 2021 | 19:00 / Konfranslar, iclaslar
Oxunub 1790 dəfə

“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı (www.chemprob.org) 2002-ci ildə A.Ş. Əliyev tərəfindən təsis olunmuş, 2003-cü ildən nəşr olunmağa başlamışdır. İndiyə qədər jurnalda 2000-dən artıq elmi məqalə dərc olunmuşdur.

Jurnal 2009-cu ildən Chemical Abstract elmi informasiya bazasında referatlaşdırılır. Qeyd etmək lazımdır ki, jurnal  dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində  qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb.  Bundan başqa, “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr Web of Science bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun həmtəsisçisi olduğu “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2015-ci ildən “РИНЦ”RSCI Rusiya indeksləşmə bazalarına daxildir. Qeyd etmək lazımdır ki, RSCI – Web of Science platformasında eLibrary və Clarivate Analytics bazaları arasında bağlanmış müqaviləyə əsasən yaradılmışdır.

“РИНЦ” və “RSCI” (Russian Science Citation İndex) bazaları 2020-cu il üçün buraya daxil olan jurnalların impakt faktorunu və 40-dan çox parametr üzrə hər bir nəşrin bibliometrik nəticələrini elan edib (https://elibrary.ru/title_profile.asp?id=58063).

2021-ci ildə RSCI-nin analiz parametrləri üzrə elan olunan nəticələrinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləmişdir. 2020-ci il üçün «РИНЦ» İF-u 0.671, RSCI İF-u 0.22 elan edilmişdir. Bundan başqa, 2019-cu ilə nisbətən 2020-ci ildə “Kimya Problemləri” jurnalı kimya profilli jurnallar sırasında RSCI üzrə 19 pillə irəlıləyərək 73-ci yerdən 54-cü yerə (https://www.elibrary.ru/titles_compare.asp), “РИНЦ” üzrə isə iki illik impakt faktor sıralanmasında 40 pillə irəlıləyərək 49-cu yerdən ilk onluğa daxil olaraq 9-cu yerdə qərarlaşmışdır (https://www.elibrary.ru/titles_compare.asp).

Qeyd etmək lazımdır ki, “Kimya Problemləri” (Chemical Problems) jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi tövsiyyə olunan Beynəlxalq nüfuzlu elmi bazalardan Chemical Abstract Service (CAS) və RSCI (Web of Science) daxildir.

JURNALLAR
Faydalı linklər