Xəbərlər
"Delta" ştammı daha çox insanı yoluxdura bilər - Hande Harmancı
İyl 12, 2021 | 11:00 /
Oxunub 54 dəfə

"Delta" ştammının Azərbaycanda aşkarlanacağı məlum idi. Bu ştamm daha çox insanı yoluxdura bilər.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, "Delta" ştammı daha yoluxucudur: "Bu ştamm ilə də mübarizə üsulları eynidir. İlk olaraq peyvənd vurdurmaq, və gigiyenik qaydalara əməl etmək lazımdır".

"Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycan hökumətinin tövsiyə etdiyi peyvəndlərdən birini qəbul etmək mütləqdir:

"İkincisi isə gigiyenik qaydalara mütləq əməl edilməlidir. İndi açıq havadayıq, İnsanlar çox da yaxın məsafədə durmurlar. Amma qış gələndə qapalı məkanlarda daha çox insan olacaq. Kiçik məkanlarda mütləq qoruyucu maskalardan istifadə edilməlidir. Əgər bu şərtlərə əməl edə bilsək, həm özümüzü, həm də yaxınlarımızı qorumuş olarıq. Onu deyə bilərəm ki, virusla mübarizə artıq bir ildən çoxdur aparılır. Yoluxmalar artanda insanlar nə etməli olduqlarını yaxşı bilirlər. Buna görə də hər kəs özünü qorumağa davam etməlidir".

Qeyd edək ki, Azərbaycanda 31 nəfərdə "Delta" ştammı aşkarlanıb.

JURNALLAR
Faydalı linklər