Xəbərlər
Moskva Dövlət Universitetinin kimyaçıları qida boyalarının əldə edilməsi üçün ekoloji cəhətdən təmiz bir üsul tapdılar
İyl 07, 2021 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1632 dəfə

Moskva Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşları qida boyalarının çıxarılması üçün effektiv ekstraksiya sistemləri və üsulları işləyib hazırladılar. Aparılan işlər Microchemical Journalında dərc edilmişdir. Sonrakı sırada - zülallar, vitaminlər və steroidlər var.

MDU-nin kimya fakültəsinin aspirantı, tədqiqatların iştirakçısı Kristina Lıskovzeva: “Boyaların təyin edilməsi məhsulların keyfiyyətini, ətraf mühit olan obyektlərinin çirklənməsi dərəcəsini qiymətləndirmək üçün faydalı ola bilər. Boya qida maddələrində yüksək konsentrasiyalarda və qida emalı müəssisələrindəki çirkab sularında isə az miqdarda ola bilər. Buna baxmayaraq onu nəzarət də saxlamaq  lazımdır, çünki boyalar ətraf mühitdə toplana bilər və heyvan sağlamlığına ciddi zərər verə bilər həmçinin suyun keyfiyyətini aşağı salar. Bu vəziyyətdə boyanı qatılaşdırmaq lazımdır, çünki analiz metodunun həssaslığı birbaşa təyin üçün qeyri-kafi ola bilər. İşlədiyimiz sistemlər az həcmli həlledicinin köməyi ilə böyük həcmdə olan su fazasından maddəni çıxarmağımıza imkan verir ”.

JURNALLAR
Faydalı linklər