Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu 2021-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya tələbə qəbulu elan edir:
İyl 05, 2021 | 15:00 / Təhsil
Oxunub 1583 dəfə

AMEA-nın akad.M.Nağıyev adına Kataliz və Qeyri-üzvi  Kimya İnstitutu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356s nömrəli sərəncamı ilə təsdiq olunmuş qəbul planına əsasən)

2021-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya tələbə qəbulu elan edir

 Elmlər doktoru hazırlığı üzrə

Doktorantura (1 yer)

2316.01 “Kimyəvi kinetika və kataliz”   1-yer   

Dissertantura (3 yer) 

2304.01 “Makromolekullar  kimyası”    1-yer

2316.01 “Kimyəvi kinetika və kataliz”  2-yer                                                                                                   

 Fəlsəfə doktoru hazırlığı  üzrə   

Doktorantura (8 yer) 

2303.01 “Qeyri-üzvi kimya”                2-yer

2316.01 “Kimyəvi kinetika və kataliz”  3-yer   

2304.01 “Makromolekullar  kimyası”   2-yer

3303.01 “Kimya texnologiyası və mühəndisliyi” 1-yer 

Dissertantura  (4 yer)                                                                                         

2303.01 “Qeyri-üzvi kimya”  1-yer

2316.01 “Kimyəvi kinetika və kataliz”  1-yer   

2307.01 “Fiziki kimya”  1-yer

2304.01 “Makromolekullar kimyası”  1-yer

 

Sənədlər 05.07.2021-ci il tarixdən 20.08.2021-ci il tarixədək hər həftənin 3-cü günü saat 10:00-dan 17:00-dək qəbul ediləcək. (otaq № 206)

JURNALLAR
Faydalı linklər