Xəbərlər
Foto
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir.
İyl 01, 2021 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2867 dəfə

AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xüsusi karantin rejimi dövründə dissertasiya işlərinin müzakirələrinin təşkili və keçirilməsinə dair tələblərə uyğun olaraq əyani formada iclas keçirilmişdir. İclasda AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Ağayev Vüsal Şəfahət oğlunun 2316.01- “Kimyəvi kinetika və kataliz” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Toluolun benzola və ksilollara dismutasiya reaksiyası üçün modifikasiya edilmiş seolit katalizatorunun seçilməsi, kinetika və mexanizminin öyrənilməsi mövzusunda dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir. Geniş müzakirədən sonra dissertasiya işinin AMEA KQUKİ nəzdində fəaliyyət göstərən ED1.15 Dissertasiya Şurasına təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir.

JURNALLAR
Faydalı linklər