Xəbərlər
AMEA KQKİ-nin nəzdində fəaliyyət göstərən ED1.15 Dissertasiya şurasının bazasında 2308.01- “Elektrokimya” və 2303.01- “Qeyri-üzvi kimya” ixtisasları üzrə yaradılan BED 1.15 birdəfəlik müdafiə şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir.
İyn 29, 2021 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1284 dəfə

29.06.2021-ci il tarixində AAK-nın 02 noyabr 2020-ci il əmri ilə AMEA KQÜKİ nəzdində fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının bazasında 2308.01- “Elektrokimya” və 2303.01- “Qeyri-üzvi kimya” ixtisasları üzrə yaradılan BED 1.15 birdəfəlik müdafiə şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda birdəfəlik müdafiə şurasının 21 üzvündən 19 üzvü (distant və əyani formada) iştirak etmişdiriclasda AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Cəfərova Samirə Fikrət qızının 2308.01- “Elektrokimya” və 2303.01- “Qeyri-üzvi kimya” ixtisaslarında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “MoS2 yarimkeçirici nazik təbəqələrin elektrokimyəvi sintezi və xassələrinin tədqiqi” mövzusunda dissertasiya işininin təqdimatı və geniş müzakirəsindən sonra şura üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir.

29.06.2021-ci il tarixində AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 14 üzvü (distant və əyani formada) iştirak etmişdir. İclasda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən “Neftin, Qazın Geoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutunun dissertantı Əliyeva Firuzə Bəhram qızının 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metalların (Fe(II), Fe(III), Co, Zn, Cu(II)) benzoy, 1,2-, 1,4-benzoldikarbon və 1,2,4,5-benzoltetrakarbon turşuları ilə koordinasion birləşmələrinin sintezi, quruluş-kimyəvi tədqiqi və tətbiqi” mövzusunda dissertasiya işininin təqdimatı və geniş müzakirəsindən sonra şura üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir.

JURNALLAR
Faydalı linklər