Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq "Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda məşqlər keçirilib.
İyn 25, 2021 | 12:20 / Konfranslar, iclaslar
Oxunub 2538 dəfə

  AMEA-nın Kataliz və Qeyri - üzvi Kimya İnstitutunun 2021-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq, 25 iyun 2021-ci il tarixində İnstitutun Rəhbər Heyəti ilə «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin  idarə edilməsinin təşkili» mövzusunda məşqinin keçirilməsi planlaşdırıl-mışdır.

         Məşqin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədi ilə Mülki Müdafiə qərargah rəisi (İ.Əliyev) tərəfindən tələb olunan bütün sənədlər hazırlanmışdır.

         Tədbirin keçirilməsinə hazırlıq işləri Institutun Fövqəladə Hallar Komissiyasının üzvlərinə, Mülki Müdafiə qərargah rəisinə və dəstələrin komandir-rəis heyətinə həvalə edilmiçdir.

Məşqin mütəşəkkil keçirilməsi məqsədi ilə, tədbirə hazırlıq dövründə İnstitutunMülki Müdafiə qərargah rəisi (İ.Əliyev) «Mülki Müdafiə planı»nı bir daha dəqiqləşdirmiş, rabitə vasitələrinin hazır vəziyyətə gətirilməsini təmin etmiş, MM məşqinə cəlb edilənlər ilə metodiki toplanış keçirmişdir.

Tədbirə rəhbər heyət, Fövqəladə Hallar Komissiyasının üzvləri,  Mülki Müdafiə qərargahın və MM qüvvələrinin komandir-rəis heyəti cəlb olunmuşdur.

Məşqin keçirilmə planına müvafiq olaraq 25 iyun 2021-ci il tarixində saat 11.00 -da məşq rəhbəri – İnstitutun direktor müavini - İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri (M.Babanlı) MM məşqinə cəlb edilən şəxsi heyəti xəbərdar olunub toplanması barədə növbətçiyə göstəriş vermişdir.        

İnstitutunMülki Müdafiə qərargah rəisi (İ.Əliyev) məşqin başlanmasını elan etdi və “MM məşqinin keçirilməsi planı” üzrə nəzərdə tutulmuş tədbirlərin icrasına başlanıldı. Belə ki, MM məşqi keçirilən dövrdə müzakirə olan məlumatlar təhlil edilərək aidiyyatı üzrə tapşırıqlar verilirdi.

Məşq dövrü ortaya çıxan çatışmamazlıqlar əsasən, aradan qaldırılmışdır.

İnstitutunMülki Müdafiə qərargah rəisi (İ.Əliyev) MM məşqindən sonra, şəxsi heyətin qarşısında məşq zamanı əldə edilən nəticələri təhlil edərək, ortaya çıxan çatışmamazlıqları qeyd edib, onların qısa vaxta aradan qaldırılması məqsədi ilə aidiyyatı üzrə  tapşırıqlar verdi. Məşqdə fəal iştirak edənləri qeyd edib, onlara öz təşəkkürünü bildirib,  məşqin başa çatmasını elan etdi.

Tədbir zamanı Koronavirus infeksiyasından mühafizə məqsədilə tədbirin müddəti qısaldılmışdır. İştirakçıların sayı 10 nəfərdən az idi. MM məşqindən öncə bütün dezinfeksiya tədbirləri həyata keçirildi. Tədbir iştirakçıları arasında ara məsafə qorunmaqla və qoruyucu maskalardan istifadə etməklə keçirildi.

Ümumən qarşıya qoyulmuş məqsədə tam nail olunmuşdur.

 

        

 

JURNALLAR
Faydalı linklər