Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda II kurs magistrantlar dissertasiya işlərini uğurla müdafiə ediblər
İyn 10, 2021 | 10:00 / Təhsil
Oxunub 4123 dəfə

İyunun 8 və 9-da AMEA- nın Katalıiz və Qeyri–üzvi Kimya İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış Müdafiə Şurasının iclasında  II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədirliyi ilə keçirilən iclasda “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya”və “Fiziki kimya” ixtisaslaşmaları üzrə 6 nəfər, AMEA-nın müxbir üzvü Qudrət Kəlbəliyevin sədirliyi ilə keçirilən iclasda isə “Yüksək­molekullu birləşmələr kimyası”, “Kompozisiya materialları kimyası” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslaşmaları üzrə 4 nəfər dissertasiya işlərini müdafiə etmişlər.

İclasda 2021-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantları dissertasiya mövzuları üzrə məruzə ilə çıxış edərək əldə etdikləri elmi nəticələri Şura üzvlərinin diqqətinə çatdırıblar və verilən sualları cavablandırıblar. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, iclasda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən, f.ü.f.d. Qafil Dəmirov və şöbənin Magistratura sektorunun müdiri Ramin Həsənov da iştirak etmişlər.

Sonda magistratların hər birinə müvafiq ixtisaslar üzrə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib. 6 ixtisaslaşma üzrə 10 nəfər magistrdən 7 nəfəri yüksək bal toplayaraq fərqlənmə diplomuna layiq görülüblər.

JURNALLAR
Faydalı linklər