Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitunun Elmi Şurasının iclası keçirilmişdir
İyn 07, 2021 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 3261 dəfə

07 iyun 2021-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın iclası  keçirilmişdir. İclasın gündəliyinə Institutun 2021-ci ilin birinci yarım ilində elim-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələrin müzakirəsi, doktorluq minimum imtahan proqramlarının təsdiqi və müsabiqə məsələləri məsələləri daxil edilmişdir.

İclası açıq elan edən AMEA-nın birinci vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, hazırda akademiyada müxtəlif sahələrdə islahatlar uğurla davam etdirilir, elmin inkişafına xidmət edəcək mühüm addımlar atılır. Bu islahatların əsas hədəflərindən biri  iqtisadi tutumlu perspektivli innovativ elmi –tədqiqat işlərinin  genişləndirilməsi və səmərəliliyinin artırılmasıdır. Bu islahatların tərkib hissəsi olaraq institutda da, bəzi kompleks işlər görülməli, elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, bəzi struktur dəyişiliklər edilməli, gənclərin potensialından düzgün istifadə edilməlidir. Bildiyiniz kimi AMEA-da elmin gələcək inkişaf perspektivləri ilə bağlı əsas vəzifələr AMEA-nın 2020-2025-ci illər üçün işlənilib hazırlanan inkişaf konsepsiyasında öz əksini tapmışdır. Bununla əlaqədar 2020-2025-ci illər üçün əsas prioritetlər müəyyən edilmiş, artıq bu işlərin yerinə yetirilməsinə başlanmışdır. Həmin prioritetlərə görə institut alimlərinin qarşısında  kimyəvi məhsulların istehsalı üçün elm tutumlu yeni texnologiyaların yaradılması, yüksək texnologiyalar üçün yeni və unikal xassələrə malik topoloji izolyatorların, enerji çeviricilərinin, nanoboruların və nanokatalizatorların alınması, bioaktiv polimerlərin və nanogellərin sintezi kimi mühüm vəzifələr durur. Ötən ilin mart ayından pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq institut əməkdaşlarının fəaliyyəti qənaətbəxş olmuş, qarşıya qoyulan vəzifələrin həlli istiqamətində mühüm işlər görülmüşdür. Lakin  fundamental tədqiqatlarla yanaşı, təqbiqi xarakterli elmi-tədqiqat işləri əsas prioritet olmalıdır. Bu baxımdan elmi- tədqiqat işlərinin səmərəliliyi artırılmalı, ölkə iqtisadiyyatına xeyir verə biləcək işlərə  üstünlük verilməlidir. Eyni zamanda bəzi istiqamətlər üzrə aparılan tədqiqat işləri dəyişdirilməli, qlobal elmi çağırışlara, respublika iqtisadiyyatının tələbatına  uyğun olan yeni istiqamətlər müəyyənləşdirilməli və tədqiqatlar aparılmasıdır. Hazırda   AMEA-da aparılan islahatların əsas hədəflərindən biri budur.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar alındı.

 

JURNALLAR
Faydalı linklər