Xəbərlər
Kimyaçılar süni vətərlər yaradırlar
May 31, 2021 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1926 dəfə

Amerikalı alimlər möhkəmliyi, elastikliyi və davamlılığı əsil vətərlərlə müqayisə edilə bilən bir polimer yaratdılar. Bunun üçün onlar əvvəl polivinil spirt məhlulunu dondurdular, sonra  onu duz məhluluna daxil etdilər. Nəticədə, mexaniki xassələri əvvəldən məlum olan analoqlardan xeyli yüksək olan, arı pətəyinə bənzər məsaməli bir quruluş əldə etdilər. Başlanğıc şərtlərin dəyişikliyi isə nəticədə alınan materialların xassələrini tənzimləməyə imkan verir. “Natura” da cap olunan məqalədə deyilir ki, gələcəkdə bu cür materiallar süni vətərlər və birləşdirici toxuma kimi istifadə edilə bilər.

JURNALLAR
Faydalı linklər