Xəbərlər
AMEA Rəyasət Heyətinin rəhbər vəzifələrinə və üzvlüyünə seçkilər keçirilib
May 28, 2021 | 14:00 / Mühüm hadisələr
Oxunub 2054 dəfə

AMEA-nın Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin rəhbər vəzifələrinə və üzvlüyünə seçkilər keçirilib. Bu məqsədlə akademik Vaqif Fərzəliyev sədr olmaqla 5 nəfərdən ibarət hesablayıcı komissiya yaradılıb. Gizli səsvermədə 46 üzv iştirak edib.

Səsvermənin nəticələrinə əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, vitse-prezidentlər, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi, akademik Arif Həşimov, akademiklər Cəmil Əliyev, Gövhər Baxşəliyeva, Adil Qəribov, Fikrət Əliyev, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər.

JURNALLAR
Faydalı linklər