Xəbərlər
AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
Apr 19, 2021 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 2118 dəfə

16 aprel 2021-ci il tarixində AMEA Rəyasət Heyətinin üzvləri AMEA prezidenti, akademik Ramiz Mehdiyevi 83-cü doğum günü münasibətilə təbrik ediblər.

AMEA Rəyasət Heyəti adından akademik Ramiz Mehdiyevi təbrik edən AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev ona ilk növbədə cansağlığı və fəaliyyətində uğurlar arzulayıb. Natiq diqqətə çatdırıb ki, akademik Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə seçildikdən sonra akademiyada çoxşaxəli islahatlara başlanmış, şəffaflaşma və müasirləşmə istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Görülən işlər akademiya kollektivi tərəfindən yüksək qiymətləndirilir və hər kəs başlanmış islahatların öz məntiqi sonuna çatacağına, AMEA-da mövcud qüsurların tezliklə aradan qaldırılacağına əmindir.

Öz növbəsində AMEA prezidenti, akademik Ramiz Mehdiyev təbrikə və xoş arzulara görə Rəyasət Heyətinin üzvlərinə öz təşəkkürünü bildirmiş və akademiyada islahatların bundan sonra da qətiyyətlə davam etdiriləcəyini diqqətə çatdırmışdır. O, əlavə etmişdir ki, AMEA ölkədə cənab Prezident İlham Əliyevin apardığı islahatlar prosesindən kənarda qala bilməz və qurum cəmiyyətin inkişaf dinamikası ilə mütləq ayaqlaşmağı bacarmalıdır.

Daha sonra xatirə şəkli çəkilmişdir.

JURNALLAR
Faydalı linklər