Xəbərlər
Bu gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin doğum günüdür
Apr 17, 2021 | 19:00 / Mühüm hadisələr
Oxunub 1345 dəfə

Bu gün – 17 aprel tarixində AMEA prezidenti, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü, Azərbaycan Respublikasının həqiqi dövlət müşaviri, akademik Ramiz Ənvər oğlu Mehdiyev 83-cü doğum gününü qeyd edir. Ramiz müəllim uzun illər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli dövlətçiliyimizin qurulması, inkişafı prosesində səmərəli fəaliyyət göstərmiş, bu sahədə göstərdiyi böyük xidmətlərinə görə müxtəlif orden və medallarla, o cümlədən ölkəmizin ən ali mükafatı –  “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.

23 oktyabr 2019-cu il tarixindən etibarən akademik Ramiz Mehdiyev AMEA prezidenti postunda öz fəaliyyətini davam etdirir və onun başçılığı altında ölkəmizin elm məbədində dövlət başçısının elan etdiyi genişmiqyaslı islahatlar xəttinin ruhuna müvafiq yenilənmə, müasirləşmə və şəfafflıq istiqamətində ardıcıl iş aparılmaqdadır.

AMEA kollektivi adından akademik Ramiz Mehdiyevi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycan elminin sağlamlaşdırılması və inkişafı yolundakı fəaliyyətində uğurlar arzulayırıq.

JURNALLAR
Faydalı linklər