Xəbərlər
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib
Apr 02, 2021 | 11:00 / Təhsil
Oxunub 1934 dəfə

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında 2011-ci il 14 iyun tarixli Qərarında dəyişiklik edib.

Qərara əsasən, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın Hüquqşünaslıq ixtisasına “Ekologiya hüququ”, Kommersiya ixtisasına “Elektron kommersiya”, Riyaziyyat ixtisasına “Aktuar riyaziyyat”, Kompüter elmləri ixtisasına “Kompüter elmləri və texnologiyaları”, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasına “Logistika və nəqliyyat”, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına “Kibertəhlükəsizlik”, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisasına “Şəhər infrastrukturunda smart texnologiyalar” ixtisaslaşmaları, eləcə də Təsnifata yeni “Şəhərsalma” ixtisası və onun ”Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslaşması əlavə edilib.

Cabmin.gov.az

JURNALLAR
Faydalı linklər