Xəbərlər
Rus alimləri lüminisensiya xassəli komplekslərin quruluşunu idarə etməyi öyrəndilər
Mart 30, 2021 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 2096 dəfə

N.S.Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun alimləri, P.N.Lebedev adına Fizika İnstitutunun alimləri ilə birgə lüminisensiya xassələrinə malik kadmium və sink tərkibli birləşmələrin quruluşuna nəzarət etməyi öyrəndilər. RF Elm və Təhsil Nazirliyinin bildirdiyinə görə, bu kompleks maddələr lazerlər, televiziya ekranları və smartfonlar üçün daha mürəkkəb fotolüminisent materialları sintez etmək üçün istifadə edilə bilər.

Rus tədqiqatçıları öz işlərində yeni komplekslərin sintezi üçün yeni bir metod hazırladılar. Alimlər bu birləşmələrin reaksiya şəraitinə qarşı həssas olduğunu və temperaturun dəyişdirilməsi ilə quruluşa nəzarət etmyinin mümkünlüyünü kəşf etdilər.

Tədqiqatların nəticələri “Materials” jurnalında dərc edilmişdir.

https://www.nanonewsnet.ru/news/2021/strukturoi-lyuminestsentnykh-kompleksov-nauchilis-upravlyat

JURNALLAR
Faydalı linklər