Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 Mart “Elm günü”nə həsr olunmuş onlayn tədbir keçirilmişdir.
Mart 19, 2021 | 18:22 / Konfranslar, iclaslar
Oxunub 2466 dəfə

Cari ilin mart ayının 19-da AMEA-nın  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  27 Mart “Elm günü”nə həsr olunmuş onlayn tədbir keçirilmişdir.

Tədbiri  giriş sözü ilə açan İnstitutun Elmi işlər üzrə direktor müavini,  AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı bildirdi ki,  27 mart elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. Ölkə Prezidenti cənab İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il aprelin 9-da Sərəncam imzalamışdır.  Bu tarix əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi bir önəm daşıyır. Respublikamızın həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, elmin inkifaf etdirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması ilə alimlərimiz elm sahəsində böyük uğurlar əldə etməyə nail olub. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmuşdur.

Elm günü ilə əlaqədar İnstitutda müxtəlif seminar və mühazirələr, “açıq qapı” günləri, sərgilər, o cümlədən tələbə və şagirdlərin alimlərlə görüşlərinin təşkili  nəzərdə tutulsada, koronovirus pandemiyası ilə əlaqədar olaraq bu tədbirlərin hamısı təxirə salınmışdır.

Sonra professor Asif Məmmədov, professor Akif Əliyev, dosent Aydın Paşacanov, dosent Faiq Məmmədov, dosent Sevinc Məmmədova, dosent Ülviyyə Məmmədova və başqaları elm gününün keçitilməsinin əhəmiyyətindən, elmin təbliği və s. məsələlər ətrafında çıxış edərək fikir mübadiləsi apardılar.

 

JURNALLAR
Faydalı linklər