Xəbərlər
Avropa İnnovasiya Şurasının onlayn tədbirləri keçiriləcək
Mart 18, 2021 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2049 dəfə

Avropa İnnovasiya Şurasının (EIC) İşçi Proqramının tezliklə yayımlanması nəzərdə tutulur. Bu məqsədlə ikigünlük tədbirin keçirilməsi planlaşdırılır.

Belə ki, 18 mart 2021-ci il tarixində saat 12:30-14:00-da Avropa İnnovasiya Şurasının təqdimat mərasimi baş tutacaq. Avropa təşkilatlarının rəhbərlərinin təqdimatı, həmçinin aparıcı sahibkarlar, investorlar və tədqiqatçılarla EIC-in Avropanın iqtisadi inkişafına töhfəsinə dair canlı müzakirələr aparılacaq.

19 mart 2021-ci il tarixində saat 12:30-19:00-da isə EIC-in müraciətçilər günü olacaq, EIC-in fəaliyyəti və müraciət qaydaları üzrə praktiki məsləhətlər veriləcək.

Hər iki tədbir EUScience Innov’s YouTube kanalı vasitəsilə yayımlanacaq.  

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

JURNALLAR
Faydalı linklər