Xəbərlər
KQKİ-nin əməkdaşı Pittcon2021 Konfransı və Expo sərgisində “Yeni hidroksam turşusu və onun komplekslərinin sintezi” mövzusunda çıxış etmişdir.
Mart 17, 2021 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 1388 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Analitik kimya laboratoriyasının elmi işçisi k.ü.f.d. Gülü ABBASOVA Pittcon2021 Konfransı və Expo sərgisində “Yeni hidroksam turşusu və onun komplekslərinin sintezi” mövzusunda çıxış etmişdir. Bu il Pittcon2021 Konfransı ABŞ-ın Luiziana ştatında New Orleansda 8-12 Mart tarixlərində keçirilmişdir.

Eyni zamanda American Chemical Society tərəfindən elan olunmuş qrantın qalibi olaraq fərdi seçiminə görə bir günlük tam kurs almış və sertifikata layiq görülmüşdür.

Covid19 pandemiyası səbəbindən Analitik Kimya və Tətbiqi Spektroskopiya mövzusunda dünyanın aparıcı konfransı olan Pittcon bu il virtual olaraq keçirilmişdir.

JURNALLAR
Faydalı linklər