Xəbərlər
İnstitutda çalışan bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik
Mart 05, 2021 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 1496 dəfə

Əziz  xanımlar!

Sizi, İnstitutda çalışan bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan qadını bütün dövrlərdə gözəl ərnəkləri ilə fərqlənib. Tariximizdə qadınlar müdrikliyi, işgüzarlığı ilə həmişə parlaq səhifələr yazıblar. Elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idarəçilik, siyasət və s. sahələrdə bir sıra uğurlara imza atması Azərbaycan qadınının intellektual potensialından xəbər verir. Həyatımızın bəzəyi olan qadınlara uca yaradan ana olmaq, övladlarını cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi yetişdirib tərbiyə etmək səadəti nəsib edib. Bununlada qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayaqlarıdır. Qadınlar cəmiyyətin bütün sahələrində, o cümlədən də, elm sahəsində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər. Elm sahəsində uğurlara imza atmış qadınlarımız kifayət qədərdir və bu xanımlar cəmiyyətdə, elm aləmində böyük nüfuz qazanmışlar.

Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı Sizə arzu edirik. Siz qadınlar, analar –həyatın mənası, bəzəyi və əbədi gözəlliyisiniz. Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar və ailə səadəti  arzulayırıq.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun rəhbərliyi.

 

 

 

JURNALLAR
Faydalı linklər