Xəbərlər
Foto
Məktəblilərin kimya elminə marağı artır
May 25, 2016 | 13:00 / Konfranslar, iclaslar
Oxunub 8533 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz  və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilmişdir.Tədbiri giriş sözü ilə institutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açdı. O, təhsillə elmin     inteqrasiyasından danışaraq bildirdi ki, son vaxtlar Elmlər Akademiyasında bu sahədə bir sıra işlər görülmüşdür. Belə ki, akademiya rəhbərliyinin  təşəbbüsü ilə keçən ildən akademiyada magistratura pilləsi və elmi müəssisələrində univer­si­tetlərin baza kafedralarının yaradılmış, bir neçə məktəbdə elm guşələri, o cümlədən Bakı Avropa liseyində Kimya Elmləri Bölməsinin elm guşəsi açılmışdır. Alim bildirdi ki, belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərdə ilkin dünya görüşün formalaşdırılması, onlarda akademik elmə, eləcə də kimya elminə marağı artır­maqdan ibarətdir.

Sonra İnstitutun  Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Aygün İsazadə “Kimya və həyat” mövzusunda məruzə ilə çıxış etdi, uşaqları maraqlandıran sualları cavablandırdı.

“Açıq” qapı çərçivəsində məktəbli uşaqlar üçün maraq doğuran təcrübələr göstərildi, onların müxtəlif laboratoriyalara ekskursiyası təşkil olundu.Qeyd etmək lazımdır ki, həm məruzə , həm laboratoriyalara təşkil olunan ekskursiyalar, həm də  nümayiş olunan müxtəlif təcrübələr şagirdlər tərəfindən maraqla qarşılandı.

JURNALLAR
Faydalı linklər